Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Təbii mühitin çirklənməsi üzrə tədqiqatlarla bağlı mübahisələr inzibati qaydada həll ediləcək

Təbii mühitin çirklənməsi üzrə tədqiqatlarla bağlı mübahisələr inzibati qaydada həll ediləcək

Date: 16 November 2016 14:05

Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Ailə kəndli təsərrüfatı haqqında", "Atçılıq haqqında", "Hidrometerologiya fəaliyyəti haqqında" Qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib.

"Hidrometeorologiya fəaliyyəti haqqında" qanuna təklif edilən yeni dəyişikliklər layihəsinə görə, Azərbaycanda hidrometeorologiya və təbii mühitin çirklənməsi üzrə müşahidələrin və tədqiqatların aparılması, məlumatların hazırlanması, istifadəsi və mühafizəsi ilə əlaqədar mübahisəli məsələlər qanunvericiliyə uyğun olaraq inzibati və məhkəmə qaydasında həll ediləcək. Hazırkı qanunvericiliyə əsasən, belə mübahisəli məsələlər yalnız məhkəmə qaydasında həll edilir.

Komitədə müzakirəyə çıxarılan "Ailə kəndli təsərrüfatı haqqında" qanuna təklif olunan dəyişikliyə görə, ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanın təklifi əsasında dəyişdiriləcək. İndiki qanuna görə isə ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi vaxtaşırı dəyişdirilir.

Milli.Az


Tags:  Təbii mühitin çirklənməsi üzrə tədqiqatlarla bağlı mübahisələr inzibati qaydada həll ediləcək

RƏYLƏR


Top news