"Qəbələ" rəsmisi üsyan etdi: "Oynamaq olmur"

"Qəbələ" rəsmisi üsyan etdi:   "Oynamaq olmur"
14:07 16 Noyabr 2016
54 İdman
Ölkə mətbuatı
A- A+

"Futbol meydanlarımız həddən artıq bərbad vəziyyətdədi. Premyer Liqadakı 8 komandadan 5-nin - AZAL, "İnter", "Sumqayıt", "Zirə" və "Kəpəz"in stadionunda futbol oynamaq mümkün deyil". 

Bunu "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov AFFA Klublar Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, "qırmızı-qaralar"ın Avropa Liqasının qrup mərhələsinədək keçirdiyi 8 görüşdə bir futbolçusu zədələnmədiyi halda, çempionat başlayan kimi "İnter"lə matçda 2 oyunçusu sıradan çıxıb: "Belə halların nəzərə alınması klublar tərəfindən təklif olundu və yekdilliklə qəbul edildi. Yəqin ki, AFFA qarşısında məsələ də qaldırılacaq". ("Report")

Fanat.Az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-rsmisi-usyan-etdi-t54186.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR