Obamanın səfəri ölkəni qarışdırdı, ABŞ bayrağı yandırıldı – VİDEO

Obamanın səfəri ölkəni qarışdırdı, ABŞ bayrağı yandırıldı – VİDEO
14:13 16 Noyabr 2016
73 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanınstanın Afina və Salonik şəhərlərində ABŞ prezidenti Barak Obamanın səfərinə qarşı etiraz aksiyaları keçirilib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, etiraz aksiyalarının iştirakçıları polislərə “Molotov kokteylləri” atıb.

Polis onları dayandırmaq üçün gözyaşardıcı qaz tətbiq etməli olub. Afinada keçirilən aksiyalara 7 minə qədər insan qatılıb. Aksiya iştirakçıları ABŞ-ın dövlət bayrağını yandırıblar.

ABŞ prezidenti dünən Yunanıstana ikigünlük səfərə gəlib. Səfər çərçivəsində Yunanıstanın dövlət büdcəsinin sadələşdirilməsi, iqtisadi islahatlar proqramının icrası, Kipr probleminin nizama salınması, miqrasiya böhranı, regional siyasət problemləri və yunan iqtisadiyyatına investisiyaların qoyulması kimi məsələlər müzakirə ediləcək.

Ömər Dağlı











Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR