Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Anasını itirən azərbaycanlı aparıcı: "Onu həkimlər öldürdülər"

Anasını itirən azərbaycanlı aparıcı: "Onu həkimlər öldürdülər"

Date: 16 November 2016 14:27

Aparıcı Lətafət Ələkbərova ötən gün dünyasını dəyişən anasının ölümündə həkimləri günahlandırıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı açıqlamasında anasının Hepatit B-dən əziyyət çəkdiyini, həkimlərin buna əhəmiyyət vermədən onu əməliyyat etdiyini söyləyib:

"Başqa bir həkimlə danışmışdım, anamı noyabrın 22-də əməliyyat edəcəkdilər. Gözündə mirvari suyu varıydı. Analizində Hepatit B çıxmışdı, həkim də demişdi ki, əvvəlcə müalicə olunmalıdır. Məndən xəbərsiz qardaşım və gəlinimizlə gedib həkimə, Hepatit B ola-ola onu dərhal əməliyyata salıblar. Pul xatirinə anama əziyyət veriblər, onu həkimlər öldürdülər. Qardaşım, gəlinimiz savadsız adamlardırlar, bilməyiblər. 

Bu işi belə qoymayacam. İstəməzdim anamın qəbri açılsın, nəşi üzərində ekspertiza aparılsın. Amma həkimlərin səhvinə görə Azərbaycanda nə qədər insan ölməlidir? Anama həkimə tək getməsinə imkan verdiyim üçün özümü bağışlaya bilmirəm. Anamın 63 yaşı varıydı, sağlam idi".

Milli.Az


Tags:  Anasını itirən azərbaycanlı aparıcı Onu həkimlər öldürdülər

RƏYLƏR


Top news