Keçmiş nazirdən 6,8 milyonluq ödəmə

Keçmiş nazirdən 6,8 milyonluq ödəmə
14:27 16 Noyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası davam etdirilib.

V.Zeynalovun vəkilləri vəsatət veriblər. Ceyhun Yusifov bildirib ki, ittihamda müdafiə etdiyi şəxsə aid olduğu qeyd edilən "TNZ" və "Fərid BLZ" MMC-ləri vasitəsilə mənimsənilən 4,5 milyon manatın ona heç bir aidiyyatı olmayıb: "O şirkətlərin öz təsisçiləri və direktorları olub. Xahiş edirəm, ittihamdakı bu epizodlar cinayət işindən çıxarılsın. Həmçinin, Vidadi Zeynalovun səhhəti nəzərə alınaraq onun barəsində ev dustaqlığı qəti imkan tədbiri seçilsin".

V.Zeynalovum digər vəkili Bəylər Məmişov bildirib ki, müvəkkilinin ailə üzvləri və yaxınlarının bütün əmlaklarına qoyulan həbslər qanunsuz olub: "İttiham 2009-cu ildən bu tərəfəni araşdırıb, lakin bundan öncə əldə edilən əmlakları da cinayət yolu ilə ələ edilmiş kimi qeyd edərək üzərinə həbs qoyub. Hətta, Vidadi Zeynalovun oğluna işlədiyi İqtisad Universiteti tərəfindən verilən mənzil və 1941-ci ildə babasının tikdirdiyi fərdi evə də həbs qoyulub".

B.Məmişov sabiq nazir Əli Abbasovun məhkəməyə çağırılmasını istəyib: "Mənimsəmə maddəsi ilə bağlı mütəxəssis qismində istintaqa cəlb olunan Maliyyə Nazirliyinin əməkdaşları və şahid qismində dindirilən keçmiş nazir Əli Abbasov və müavini İltimas Məmmədovun adı məhkəmə çağırılacaq şəxslər siyahısına salınmayıb. Əli Abbasov ibtidai istintaq zamanı rəhbərlik etdiyi nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulan ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min ABŞ dolları, ümumilikdə 6 milyon 836 min manat ödəyib.

Qeyd olunan məbləğin hansı səbəbdən ödənilməsi, Əli Abbasovun hazırkı cinayət işi üzrə özünü hansı ittihamla təqsirli bilərək vurulmuş hesab etdiyi maddi ziyanı ödəyib? Xahiş edirəm, bu adamlar gəlib ifadə versinlər. Əli Abbasov Vidadi Zeynalova qarşı ifadə verib. Vidadi Zeynalov bir neçə dəfə baş prokuror Zakor Qaralova müraciət edərək qanuni olaraq ona qarşı ifadə verən şəxslərlə üzləşmək istədiyini bildirsə də, təmin olunmayıb".

Anar Mustafayevin vəkilləri vəsatət verərək onun ev dustaqlığına buraxılmasını istəyiblər: "Müvəkkilim ittihamda qeyd olunan məbləği şişirdilmiş hesab edir, lakin bir qismini qəbul edir. Həmin hissə ilə bağlı dəymiş zərəri də ödəməyə hazırdır. O bir neçə ildir ağır xəstəlikdən əziyyət çəkir, 3 dəfə Almaniyada əməliyyat olunub. Qeyd edilən məbləği də orada xərcləyib. İstintaq zamanı da pozuntulara yol verilib. Biz cinayət işi ilə tanış olan gün ittiham aktı tərtib edilib. Buna görə də cinayət işi prokurora geri qaytarılmalıdır".

Qəmbər Bayramovun və Cəlil Cəfərovun vəkilləri müdafiə etdikləri şəxslərin barəsində ev dustaqlığı qərarın seçiıməsini istəyiblər.

Namazalı Məmmədovun vəkili vəsatət verərək müvəkkilinin əmlaklarına qoyulan həbsin qanunsuz olduğunu deyib: "Onun iki gözü görməyən anası, 12 yaşlı xəstə oğlunun və işsiz həyat yoldaşının yaşadığı evə də həbs qoyulub. Halbuki, həmin mənzil onların sonuncu yaşayış yeridir. Qanun buna həbs qoymağı qadağan edir. Bundan başqa, Namazalı Məmmədova verilən ittihamda 12 milyon manat mənimsədiyi qeyd edilib. Lakin epizodlar üzrə cinayət işində göstərilən məbləğləri topladıqda 10 milyon manat edir. Rəqəmlərlə bağlı hedablamalarda bir çox yerlərdə səhvə yol verilib. Həmçinin, cinayət işində qeyd edilən şahid ifadələri ittiham aktında təhrif olunub. Bu pozuntulara görə cinayət işinin ibtidai istintaqa qaytarılmasını xahiş edirəm".

Vidadi Zeynalov vəkillərinin verdiyi vəsatətləri müdafiə etdiyini deyib: "İşin istintaqa qaytarılmasına ehtiyac yoxdur. Vəkillərimizin içləri yanır, ona görə deyirlər. Amma istintaqa qaytarılsa da, yenə eyni şey olacaq. Xahiş edirəm, burada həll edilsin"

Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.

Qeyd edək ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərov, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci(vəzifə səlahiyyətlərindən sui-istifadə), MMC-nin baş mühasibi Səhrab Hümbətova, BTRİB-in keçmiş sədri Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmov qeyd edilən maddələrdən əlavə 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə də təqsirləndirilirlər.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 11:50

A-Qroup-dan bütün hərbçilərə endirim

26 İyun 2017 11:50

DİM-dən bayram XƏBƏRDARLIĞI

26 İyun 2017 11:48

Allahşükür Paşazadənin iştirakı ilə BAYRAM NAMAZI - FOTOLAR

26 İyun 2017 11:43

Nazarovun komandasından fantastik qələbə: 24:0!

26 İyun 2017 11:42

Bakıda 22 yaşlı model plastik əməliyyatdan sonra öldü - FOTOLAR

26 İyun 2017 11:39

Mourinyonun atası vəfat edib

26 İyun 2017 11:37

İtaliya hökuməti 2 bankın xilas edilməsinə 19 mlrd. dollar ayırıb

26 İyun 2017 11:32

"Yorulmuşam müxbir səhvi, jurnalist yazısı redaktə etməkdən" - Tanınmış bəstəkar

26 İyun 2017 11:32

Hərbi orkestrlərin nümunəvi çıxışları olacaq

26 İyun 2017 11:30

Aşıq Ədalətin HEÇ YERDƏ YAYIMLANMAYAN VİDEOSU çıxdı

26 İyun 2017 11:28

Vüsalə və Sevinc eyni libasda - FOTO

26 İyun 2017 11:27

Türkiyə ilə Yunanıstan arasında “müharibə” BAŞLADI

26 İyun 2017 11:23

Ermənilərin Ağdamı atəşə tutdu - Evi alov bürüdü

26 İyun 2017 11:17

"Xalq artisti süni tənəffüs aparatına qoşulub" - Ölüm xəbəri yalandır

26 İyun 2017 11:14

Tarkanın Bakı səfəri ilə bağlı sirli MƏQAM ÜZƏ ÇIXDI: sən demə... - FOTO

26 İyun 2017 11:13

Xərçəng xəstəsi özünü öldürdü

26 İyun 2017 11:12

Belarus Rusiyadan "İsgəndər" raket-zenit kompleksləri ala bilər

26 İyun 2017 11:12

​Türkiyədə zəlzələ baş verib

26 İyun 2017 11:06

Ermənilər bayram günü də sakit durmadı

26 İyun 2017 11:03

Biləsuvarda gənc qadın dərmandan zəhərlənib

26 İyun 2017 11:02

Qızıl ucuzlaşdı

26 İyun 2017 10:54

6 illik ərini gənc biznesmenə dəyişən Tuba Büyüküstün bu vəziyyətdə GÖRÜNTÜLƏNDİ - FOTO

26 İyun 2017 10:53

Şəkidə 17 yaşlı oğlan qəflətən öldü

26 İyun 2017 10:52

DİM: 16 nəfər qaydaları pozduğu üçün imtahanlardan xaric edilib

26 İyun 2017 10:52

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26 İyun 2017 10:50

Avropa İnvestisiya Bankı TAP və TANAP layihələrini maliyyələşdirə bilər (ÖZƏL)

26 İyun 2017 10:43

Güclü yanğın: 2 min nəfər təxliyə edildi

26 İyun 2017 10:43

Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir

26 İyun 2017 10:43

Dünya maliyyə bazarları bu həftə Mərkəzi Bankların açıqlamalarını izləyəcək

26 İyun 2017 10:42

Afrikalı 10 yaşlı azərbaycanlı qızı zorladı - Azərbaycanlılarla afrikalılar arasında toqquşma

26 İyun 2017 10:42

Gəzinti gəmisi batdı: 25 turist həlak oldu, 28 nəfər itkin düşdü - VİDEO - FOTO

26 İyun 2017 10:32

QMİ sədri:

26 İyun 2017 10:30

Transfer rekordu qırılır

26 İyun 2017 10:27

Həbsxanadan qaçmışdı, 32 ildən sonra ələ keçdi

26 İyun 2017 10:18

ABŞ-ın maliyyə naziri aktrisa ilə evləndi - FOTO

26 İyun 2017 10:12

Formula 1: Azərbaycan Qran Prisində rekord təzələnib

26 İyun 2017 10:12

Xalq artisti vəfat etdi

26 İyun 2017 10:12

Düşmən atəşkəs rejimini 155 dəfə pozdu

26 İyun 2017 10:09

Azərbaycanda Xalq artisti VƏFAT ETDİ

26 İyun 2017 10:08

Hansı müğənnilərin banka borcu var?

26 İyun 2017 09:59

Cəbhədə GƏRGİN GECƏ

26 İyun 2017 09:58

Ermənilər atəşkəsi 155 dəfə pozdu

26 İyun 2017 09:58

Cəbhədən yeni XƏBƏR

26 İyun 2017 09:57

"Fənərbaxça"dan transfer açıqlaması

26 İyun 2017 09:57

“Bəzi dövlətlər bizim daxili işimizə qarışır” - Şeyxülislam

26 İyun 2017 09:54

Qazaxıstanda Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib

26 İyun 2017 09:52

Allahşükür Paşazadə: Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

26 İyun 2017 09:50

QMİ sədri: Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər

26 İyun 2017 09:50

ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

26 İyun 2017 09:47