Hakimlərimizin qış toplanışının vaxtı və yeri

Hakimlərimizin qış toplanışının vaxtı və yeri
14:37 16 Noyabr 2016
51 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan hakimləri qış fasiləsində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Bu barədə Fanat.Az-a AFFA Hakimlər Komitənin sədri Xaqani Məmmədov məlumat verib.


Komitə sədri toplanışın baş tutacağı tarixi açıqlayıb: "Hazırlıq Antalyada baş tutacaq. Toplanışın 12-27 yanvar tarixlərində reallaşması nəzərdə tutulub. Artıq yoxlama oyunlarının idarə olunması üçün təkliflər var. Hazırda danışıqlar gedir".


Hakimlərin həmişəki kimi Antalyanın Lara bölgəsindəki "Miracle Resort Hotel"də qalacağını bildirən Xaqani Məmmədov deyib ki, ədalət təmsilçilərinə seminar keçmək üçün xarici mütəxəssis dəvət olunacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hakimlrimizin-q-toplannn-vaxt-v-yeri-t54185.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR