"Belə qadınlar kişilər üçün maraqsızdır" - Samirə+müsahibə

"Belə qadınlar kişilər üçün maraqsızdır" -  Samirə+müsahibə
14:41 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Metroda qadınlar üçün xüsusi vaqonlar ayrılacaq (23 İyun 2017 22:18)
Çində metroda qadınlar üçün xüsusi vaqonlar ayrılacaq (23 İyun 2017 20:36)
Qadınlar niyə saqqallı kişiləri bəyənir? (30 May 2017 18:24)

Aparıcı Samirə Rəhimovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- Hər zaman yeni layihələrə başlamağı çox sevirəm. İndi də çalışıram ki, hazırda efir teleməkanında nəsə bir yenilik edim. Dəb, gözəllik, zövqlü seçimlər - bu mövzu mənə o qədər doğmadır ki, bu sahədən uzaqlaşa bilmirəm. Lakin bununla yanaşı, yoldaşımla bərabər çalışmaq da mənə xüsusi zövq verir. Onun öz biznes layihələrində mənə də yer ayırdığına görə çox məmnunam. Kənan Rəhimovla çalışmaqla, tədris proqramlarında iştirak etməklə çox yeni bilgilər əldə etmişəm, bu da mənə indiki işlərimdə kömək olur. Məsələn, yeni analar cəmiyyəti açmaq üzrəyəm. Belə qənaətə gəlmişəm ki, bütün incəliklər bəlli olduqdan sonra layihəyə başlamaq olar.

- Bilirik ki, ixtisasınız aktrisalıqdır...

- Birinci ixtisasımı dram-kino aktrisası fakültəsində almışam, rejissor Cənnət Səlimovanın kursunda sənətin dərinliklərinə yiyələnmişəm. Bəlkə elə, ona görə TV sistemində çalışmaq mənim üçün çətin olmadı. TV sahəsinə gəlişim də təsadüf oldu, çünki məhz aktrisa olacağıma əmin idim. Bu sənəti çox sevirdim. Lakin iş elə gətirdi ki, müsabiqədən uğurla keçərək aparıcılığa başladım. O zamanlar 2-ci kursda oxuyurdum. "Şarm" verilişi, daha sonra "ATV maqazin" jurnalı zamanımı o qədər aldı ki, öz ixtisasım qaldı bir kənarda. Görünüşümə gəldikdə isə, əksinə o zamanlar elə düşünürdüm ki, efirə yaraşmıram, komplekslər içərisində itmişdim. Aparıcı kimi 15 illik təcrübəm olsa da, hələ də efirdə özümə baxmağı heç sevmirəm (gülür). Bu işi seçməyimə peşman deyiləm, çünki insan sahəsindən asılı olmayaraq, öz qabiliyyətini nümayiş etdirməyi bacarmalıdır, amma təbii ki, görəcəyin işə sevgi bəsləyirsənsə. Əks halda, heç bir nəticə əldə etmək mümkün deyil. Sənət aləmində ikinci ən böyük sevgim Rəssamlıq Akademiyasında, rəngkarlıq fakültəsində yarandı. Qısa bir müddətə rəssamlıqla məşğul olmağa başladım. Atam rəssam-dizayner Seyfəli Rüstəmzadə ilə bərabər bu gün çox fərqli işlərə başlamaq üzrəyik.

- Uzun illər gözəlliklə bağlı proqramların aparıcısı, müəllifi olmusunuz. Necə düşünürsünüz, ideal qadın necə olmalıdır?

- İdeal qadın anlamı o qədər genişdir ki, onu bir cümlə ilə izah etmək mümkün deyil. Cünki hər kəsin öz aləmində ideal gördüyü və etalon hesab etdiyi qadın obrazları müxtəlifdir. Mənim fikrimcə, ideal qadın təkcə gözəlliyi ilə deyil, eyni zamanda insani xüsusiyyətləri ilə müsbət qarşılanmalıdır. Konfliktdən uzaq olan, ailəsinə sadiq qadın obrazı daxilən o qədər gözəl olur ki, onun o gözəlliyi mütləq üzündə əks olunur. Əgər qadının ətrafında söz-söhbət, intriqa, qalmaqal yoxdursa, ona ideal qadın obrazı demək olar. Kişilərin mövqeyində dedikdə isə, mənim zənnimcə, hər insan o halda ideal hesab edilə bilər ki, öz övladınızın sağlamlığını və tərbiyəsini ona etibar edə bilirsiniz.

"Gözəl olmayan qadın yoxdur, baxımsız qadın var" fikri ilə tam razıyam. Çünki, üz cizgilərindən asılı olmayaraq, qadın təravəti və baxımlılığı ilə seçilməlidir. Son zamanlar, hətta cavan qızlar belə, görünüşlərində o qədər estetik əməliyyat etdirirlər ki, əvvəlki görünüşlərindən əsər-əlamət qalmır. Razıyam, estetik əməliyyatlar gərəkli prosedurlardır, amma lazımi məqamlarda. Xanımlar isə son zamanlar individuallıqlarını itirirlər. Hamı bir-birinə bənzəyir.

- İndiki xanımlarda nələri bəyənmirsiniz?

- Bizim Azərbaycan xanımlarımız, həqiqətən də, təbii olaraq gözəldirlər. Amma bayaq qeyd etdiyim kimi, müəyyən bir qismi sadəcə zahiri gözəllik axtarışında olur. Bu zaman görünüşdə, geyim seçimlərində çox vaxt dəb arxasınca qaçaraq yanlışlığa yol verirlər. Görünüşünə yaraşmayan geyimlər, həddindən artıq makiyaj və süni gözəllik effekti yaradan saçlar edirlər. Yaxşı olar ki, sadəlik prinsipindən uzaqlaşmadan, heç olmasa saçlara, dəriyə qulluq göstərsinlər. Buna salona getmədən də nail olmaq olar. Bu gün sosial şəbəkələrdə o qədər məsləhətlər, televiziya proqramları var ki, onlardan yararlana bilərlər. Bir də xüsusi olaraq diqqət yetirin ki, qədim Yunan alimlərinin qeyd etdiyi, gözəlliyin 3 əsaslarından biri qrasiyadır (digər 2 əsas isə zəriflik və füsunkarlıqdır - red) – gözəlliyin hərəkətlərdə, duruş və yerişdə özünü əks etdirməsidir. Bizim milli geyimlərimiz və rəqslərimiz də bu milli qrasiyanın yüksəkliyini göstərir. Rəqs zamanı Azərbaycan xanımı qu quşu kimi süzür, əl hərəkətləri ilə incə ruha sahib olduğunu göstərir. Bu gün bu milli dəyərlərimizi yenidən dəbə gətirməyin zamanıdır ki, bizim xanımlara xas olan individual gözəllik Qərb dəblərin qarışıq çoxluğunda öz fərdliliyini saxlaya bilsin – bu, bizim ən böyük dəyərlərimizdən biridir. Misal üçün, bayramların birində qonaqları milli geyimlərdə iştirak etməyə dəvət etməliyik, tək aparıcıları deyil – bütün vətəndaşları. Hətta toylarda da bu ənənəni yarada bilsək, bu gün restoranda keçirilən toyların xüsusi gözəlliyi olardı.

- Qadını gözəl göstərən nədir?

- Yəqin ki, daxili aləmi. Əslində cinsindən asılı olmayaraq, insanı gözəl göstərən onun daxili zənginliyidir. Bir insan şəxsiyyət kimi maraqlıdırsa, onun yaşam tərzi, xüsusiyyətləri, danışığı, həyata münasibəti düşünməyə vadar edirsə, deməli, o, gözəldir.

- Bəs nə çirkin göstərir?

- Təbii ki, bayaq qeyd etdiyim faktorların tam əksi. Zahirən çox gözəl bir xanim, ilk kəlmədən səni özündən uzaqlaşdırırsa... Əgər daha konkret desəm, qadının özünü çox vulqar nümayiş etdirməsi, xanımlığını itirməsi. Belə qadınlar əks cinsin nümayəndələri üçün də maraqsız olur.

Qadın hər yaşda gözəldir. Bəlkə də bir az şablon olacaq, amma müəyyən yaş dövrünü keçən xanımlar bəzən cavanlardan daha gözəl görünürlər. Bu da ondan irəli gəlir ki, həyatı görmüş, müdrik qadın harada, necə görünməyi çox yaxşı bilir.

- Adətən qadınlar yaşlarının üstünə yaş gəlməsini faciə ilə qarşılayırlar. Sizdə belə bir qorxu varmı?

- Qətiyyən yox. Çox vaxt 30-u keçən xanımlarda depressiya əlamətlərini müşahidə etmək olar. Məndə belə bir hala rast gəlmək olmaz, cünki ən sadə izah – yoldaşım psixoloqdur. Kənan kimi yoldaşı olan, yəqin özünü dünya gözəli hesab etməlidir. Sizə bir sirr açım – mən Elflərin şahzadəsiyəm. İlk öncə bunu mənə Kənan dedi, inandırdı və artıq mən də buna əmin olmuşam (gülür). Özünü nağıllar aləminin şahzadəsi hiss edərkən yaşı düşünməyə heç vaxtınız qalmır.

- Con Lokkun belə bir ifadəsi var ki, qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayır. Sizin evlilik yaşınız neçədir?

- Mənim qəlbimdə övladımın doğum günündən sonra yeni həyat tərzi yarandı. Martin 7-si mənim 1 yaşım tamam olur.

- Samirə xoşbəxt qadındır?

- Çox xoşbəxtəm. Hər bir qadına ilk növbədə sevib-sevilməyi arzulayıram. İş, layihələr öz yerində, lakin insanın qəlbində sevgi olarsa, ətrafdakı gözəlliklər daha parlaq olur.

Bu günə kimi, heç nədən peşman olmadım. İş həyatında uğurlarım da, itkilərim də oldu. Ətrafımda olan yaxınlar tərəfindən xəyanətlə də, ədalətsizliklə də qarşılaşdım. Bütün bunlar nədən ötrü oldu sualına cavabları indi tapıram.

Həyat təcrübəsi, insanları daha yaxşı tanımağa başladım. Yəqin ki, gənc yaşlarında etdiyim səhvlərə bir daha yol vermərəm. Əgər keçmişimi dəyişmək imkanım olsa, heç bir günü də dəyişmək istəməzdim. Həmin səhvləri bir daha yaşayardım, çünki onlar olmasaydı, bu gün əldə etdiklərim olmazdı.

İş qadını olmaq və eyni zamanda analıq etmək böyük bir məsuliyyətdir. Çalışıram hər birini çatdırım. Nə yaxşı ki, köməyim var. Buna görə də anama minnətdaram. Çəkiliş günləri balacaya anam baxır, mən də həmin günü çəkilişlərimi tamamlayıram. Digər layihələrimə hələ ki, başlamamışam, övladımla daha çox vaxt keçirmək istəyirəm.

- Bəzi xanımlar baxımlarına diqqət yetirməmələrini vaxt azlığı ilə əlaqələndirirlər. Samirə gün ərzində özünə, baxımına nə qədər vaxt ayırır?

- Bacardığım qədər salon xidmətlərindən istifadə edirəm. Təkcə idmanla məşğul olmağa vaxt tapa bilmirəm. Bu problemi də tənzimləməyə çalışacağam, çünki idman qadın üçün çox önəmlidir.

- Bəs mətbəxlə aranız necədir?

- Kulinariyanı çox sevirəm, əlimin duzu da var. Müxtəlif reseptləri improvizasiya edərək hazırlayıram. Mətbəx proqramlarını maraqla izləyirəm. Amma təəssüf ki, mətbəxə yetərincə vaxt ayıra bilmirəm.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Köhnə dəyirmanda ev - FOTO

26 İyun 2017 06:32

İŞİD tərəfdarları Ohayo ştatının hökumətinin saytlarını dağıdaraq Trampı hədələyiblər

26 İyun 2017 06:22

Pakistanda yanğın qurbanlarının sayı artdı

26 İyun 2017 05:59

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 05:55

Tovuzda 29 yaşlı oğlan alkoqoldan zəhərləndi

26 İyun 2017 05:48

Xorvatiya dağlarında qara ev - FOTO

26 İyun 2017 05:32

Meksikada silahlılar 4-ü uşaq olmaqla 11 nəfəri qətlə yetirib

26 İyun 2017 05:17

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 05:15

Dəfn ediləndən 11 gün sonra atasına zəng etdi -

26 İyun 2017 05:12

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatdı

26 İyun 2017 04:53

İspaniyanın qadınlardan ibarət basketbol yığması Avropa çempionu olub

26 İyun 2017 04:32

Maraqlı illüstrasiyalar - FOTO

26 İyun 2017 04:32

Kolumbiyada batmış gəmidə ölənlərin sayı 9 çatıb

26 İyun 2017 04:29

Sekslə məşğul olmaq bədənə necə təsir edir? -

26 İyun 2017 04:15

İran rusiyalı turistlər üçün vizaları ləğv etdi

26 İyun 2017 03:53

Meksikada silahlı hücum 11 nəfərin həyatına son qoyub

26 İyun 2017 03:36

Qadınların gündəlik həyatı belədir? - FOTO

26 İyun 2017 03:32

Sərnişin avtobusu qəzaya düşdü: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:29

Cocuq Mərcanlıda raket aşkarlandı -

26 İyun 2017 03:10

Qazax sakini pomidordan zəhərləndi

26 İyun 2017 03:08

Argentinada ağır yol qəzası baş verib: 12 ölü, 30 yaralı

26 İyun 2017 03:07

26 yaşlı oğlan bıçaqlandı - Daşkəsəndə

26 İyun 2017 02:59

Daşkəsəndə 26 yaşlı gənc bıçaqlanıb

26 İyun 2017 02:52

Reallıqdan daha gözəl - FOTO

26 İyun 2017 02:32

Göyərtəsində 150 turist olan gəmi batdı

26 İyun 2017 02:04

İki nəhəngin mübarizəsi -

26 İyun 2017 02:04

Bakıda beynəlxalq rəqs festivalı keçiriləcək

26 İyun 2017 01:48

Tovuz sakini spirtli içkidən zəhərlənib

26 İyun 2017 01:47

Qazaxda qadın pomidordan zəhərləndi

26 İyun 2017 01:44

İran Rusiyalı turistlər üçün vizaları ləğv edib

26 İyun 2017 01:36

Yaponiya: əfsanə və futurizm arasında - FOTO

26 İyun 2017 01:32

59 yaşlı qadın ağacdan yıxılaraq xəsarət aldı - Gəncədə

26 İyun 2017 01:29

Xalq artisti Qəndab Quliyeva VƏFAT ETDİ

26 İyun 2017 01:25

DƏHŞƏTLİ EPİDEMİYA: Vəba xəstəliyindən 1300 nəfər öldü

26 İyun 2017 01:18

Kolumbiyada 150 nəfəri daşıyan qayıq qəzaya uğrayıb

26 İyun 2017 01:17

Diş daşlarından təbii yolla xilas olun -

26 İyun 2017 01:10

Pakistanda benzindaşıyan maşının alışması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb

26 İyun 2017 00:50

Yəməndə 1300-dən çox adam vəba xəsətəliyindən ölüb

26 İyun 2017 00:42

29 yaşlı oğlan döyülərək xəstəxanalıq oldu - Tovuzda

26 İyun 2017 00:34

Tovuzda mübahisə kütləvi davaya çevrildi

26 İyun 2017 00:28

Fransada yaşayış binasında yanğın -

26 İyun 2017 00:21

Bərdədə intihara cəhd hadisəsi baş verib

26 İyun 2017 00:17

Bu gün Silahlı Qüvvələr günüdür

26 İyun 2017 00:14

Astroloji proqnoz - 26 iyun

26 İyun 2017 00:08

Tovuzda kütləvi dava zamanı bir neçə nəfər xəsarət alıb

26 İyun 2017 00:07

Məşhur aktrisa okean sahilində - FOTO

26 İyun 2017 00:05

Günün qoroskopu: ciddi fikir ayrılıqları olacaq

26 İyun 2017 00:05

Azərbaycanda Ramazan bayramı qeyd olunur

26 İyun 2017 00:02

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd edilir

26 İyun 2017 00:01

Beyləqanda Toyota və taxıl sahəsi yanıb

25 İyun 2017 23:57