Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan millisinin rəqibinin baş məşqçisi istefaya göndərilib

Azərbaycan millisinin rəqibinin baş məşqçisi istefaya göndərilib

Maklaren yenə işsiz qaldı (13 Mart 2017 23:32)
"Lester"in yeni baş məşqçisi müəyyənləşdi (07 Mart 2017 18:17)
Millimizin üzvü baş məşqçisiz qaldı (03 Mart 2017 12:27)

Tarix: 16 Noyabr 2016 15:07

Bakı. 16 noyabr. REPORT.AZ/ Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per Matias Höqmo istefaya göndərilib. 
"Report"un Norveç Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli mütəxəssisini istefaya göndərilməsinə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki uğursuz çıxışı səbəb olub. Federasiya prezidenti Terye Svendsen yeni baş məşqçinin ən qısa müddətdə təyin olunacağını bildirib.
Norveç yığması seçmə mərhələdə Azərbaycanla eyni qrupda mübarizə aparır. Skandinaviyalılar 4 görüşdən 3-də, o cümlədən, Azərbaycanla Bakıdakı qarşılaşmada məğlub olublar və hazırda 3 xalla 5-ci yerdə gedirlər.
Qeyd edək ki, Per Matias Höqmo 2017-ci ilədək qüvvədə olan müqaviləsi üzrə əmək haqqını tam alacaq. 

Teqlər:  Azərbaycan millisinin rəqibinin baş məşqçisi istefaya göndərilib



RƏYLƏR


Top xəbərlər