Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Koreya Respublikasının səfiri: "Neftin qiymətinin düşməsi Azərbaycanla ticarət əlaqələrinə güclü təsir edib"

Koreya Respublikasının səfiri: "Neftin qiymətinin düşməsi Azərbaycanla ticarət əlaqələrinə güclü təsir edib"

Date: 16 November 2016 15:12

Bakı. 16 noyabr. REPORT.AZ/ Koreya Respublikası neftin qiymətinin aşağı düşməsinin Azərbaycanla iqtisadi münasibətlərə təsir edəcəyindən narahatdır. Bu amil indi iki ölkə arasında ticarət dövriyyəsinin azalmasına səbəb olub.
"Report" xəbər verir ki, bu barədə bu ölkənin Azərbaycandakı səfiri Kim Çanq Qyu bu gün jurnalistlərə açıqlamasında məlumat verib.
"Neftin qiymətini aşağı düşməsinə qədər Cənubi Koreya və Azərbaycan arasında ticarət əlaqələri yüksək səviyyədə idi. Qiymət dəyişikliyindən sonra ölkələrimiz arasındakı ticarət dövriyyəsinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Rəqəmlərlə ifadə etsək, 2014-ci ildə ticarət dövriyyəsi 126 milyon dollar təşkil edibsə, 2015-ci ildə bu rəqəm 40% azalıb" - səfir bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin düşməsi Azərbaycan-Koreya iqtisadi münasibətlərində qeyri-sabitliyə səbəb olub və bu, narahatedicidir.
Koreyalı diplomat ticarət əlaqələrinin inkişafı və dərinləşməsi baxımından iki ölkə arasında böyük potensial olduğunu vurğulayıb: "Hesab edirik ki, Koreya şirkətləri Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək məqsədi ilə iqtisadiyyatın müxtəlif sahələrinə daha çox sərmayə qoymalıdır."
Cənubi Koreyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri bu gün Azərbaycan iqtisadiyyatına Koreya investisiyası həcminin 50 milyon ABŞ dolları təşkil etdiyini vurğulayıb.
"Bu, kifayət qədər deyil. Biz daha yüksək iştirak payına ümid edirik. Bu gün Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi siyasətini həyata keçirir, Koreya da bu məsələdə Azərbaycana dəstək verir" - səfir bildirib.
Kim Çanq Qyu Koreyanın səhiyyə, infrastruktur, kimya sənayesi, İKT və turizm sahələrinə fəal şəkildə sərmayə qoymaq niyyətində olduğunu söyləyib. O həmçinin əlavə edib ki, Koreya təcrübəsi sayəsində Azərbaycan səhiyyəsi yeni səviyyəyə yüksələ bilər.


Tags:  Koreya Respublikasının səfiri Neftin qiymətinin düşməsi Azərbaycanla ticarət əlaqələrinə güclü təsir edib

RƏYLƏR


Top news