Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan Argentinanı, Bakı İstanbulu qabaqladı - REYTİNQ

Azərbaycan Argentinanı, Bakı İstanbulu qabaqladı - REYTİNQ

Date: 16 November 2016 15:23

“Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb.

Pubika.az xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən siyahıda Azərbaycan da yer alıb.

Müxtəlif növlər üzrə möhtəşəm çempionatların, həmçinin “Formula-1” və Şahmat Olimpiadası kimi yarışların keçirildiyi Azərbaycan siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdədir. 4 pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi yenə 3-cü pillədədir.

Bizi yalnız ümumi siyahıda ikinci olan Rusiya (39145) və 29-cu pillədə qərar tutan Qazaxıstan (6469) qabaqlayır. Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya, kimi idman ölkələrini arxada qoyur.

İlk “üçlük”də də dəyişiklik olub. Ötən il 5-ci olan ABŞ (39262) bu dəfə liderliyi ələ alıb. Onları Rusiya ilə yanaşı, Kanada (35474) izləyir. Siyahıda 2 pillə geriləyən Türkiyə (11652) 20-ci yerə enib.

Şəhərlərin siyahısına isə bu dəfə London başçılıq edir. Böyük Britaniyanın paytaxtı 19549 xala malikdi. İlk “üçlük”də Rio-de-Janeyro (18240) və Tokio (17808) yer alıb. Azərbaycan paytaxtı Bakı 5283 xalla dünyanın 17-ci şəhəridir. Paytaxtımız 9 pillə irəliləməklə, böyük sıçrayışa nail olub. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədir.

Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra 4-cüdür. İstanbul isə ümumi siyahıda 23-cüdür. (apasport)


Tags:  Azərbaycan Argentinanı Bakı İstanbulu qabaqladı REYTİNQ

RƏYLƏR


Top news