Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İstanbul üçün qorxunc PROQNOZ: 90 min ölü, 135 min yaralı, sunami...

İstanbul üçün qorxunc PROQNOZ: 90 min ölü, 135 min yaralı, sunami...

Date: 16 November 2016 15:28

İstanbulda güclü zəlzələ olacağı barədə alimlərin proqnozları İstanbul Böyükşəhər Bələdiyyə Məclisinin də gündəminə keçib.

Publika.az “Hürriyyət” nəşrinə istinadən xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyə Məclisində Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Faruk Aydın 7,5 və ya 7,7 ballıq zəlzələ baş verəcəyi halda, böyük itkilərin olacağını bildirib.

Onun sözlərinə görə, bu halda 70-90 min insan öləcək, 135 min insan ağır yaralanacaq. Şimali Anadolu layının İstanbula təsir edəcəyi və dağıdıcı zəlzələyə gətirib çıxara biləcəyini söyləyən Faruk Aydın layın İstanbulun quru sahəsində olmadığını, cənubda Mərmərə dənizinin içində yerləşdiyini deyib.

28 zəlzələ stansiyasının tikildiyini bildirən Aydın onlardan 10-nun İstanbul Böyükşəhər Bələdiyyəsi,18-nin isə Şamlı Rəsədxanası tərəfindən işlədildiyini vurğulayıb.

“Bu stansiyaların sayı artırılmalıdır. Bu stansiyalar torpaqda olan ən kiçik hərəkətliliyi bir-biri ilə xəbərləşərək Şamlı Rəsədxanasına məlumat verirlər. İstanbul olaraq böyük şansımızı var. Bu da lay xətlərinin dənizdə olması ilə bağlıdır. Dənizdəki hərəkətlilik quruya gələnə kimi 5-12 saniyəlik vaxt qazanırıq. Bu müddətdə təbii qazı və elektriki avtomatik olaraq kəsə bilərik. Bu sistem hazırdır”, - Faruk Aydın söyləyib.

Faruk Aydın dağıdıcı bir zəlzələ baş verəcəyi halda, Mərmərə dənizində yarana biləcək dalğaların hündürlüyünün 5,56 metrə çatacağını vurğulayıb.

Dəhşətli zəlzələ yaxınlaşır: İstanbul dağılacaq, sunami dalğaları...

Fransanın zəlzələlərin öyrənilməsi üzrə məşhur professoru Le Pichon İstanbulu böyük zəlzələnin gözlədiyini açıqlayıb.

Ömər Dağlı


Tags:  İstanbul qorxunc PROQNOZ 90 min ölü 135 min yaralı sunami


RƏYLƏR


Top news