"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb

"Bursaspor"da çıxış edən Azərbaycan millisinin üzvü Türkiyədə legioner statusu alıb
15:32 16 Noyabr 2016
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ "Bursaspor" klubunun futbolçusu Deniz Yılmaz bundan sonra Türkiyədə legioner statusu ilə çıxış edəcək. "Report"un məlumatına görə, səbəb 28 yaşlı hücumçunun artıq Azərbaycan millisində forma geyinməsidir.
Bu qərar Yılmazın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin Şimali İrlandiya ilə səfər matçında meydana çıxmasından sonra verilib. O, 46-cı dəqiqədə Ramil Şeydayevin yerinə meydana daxil olub. Təcübəli forvardın legioner sayılmasından sonra Bursa təmsilçisinin heyətindəki əcnəbi futbolçuların sayı 9-a çatıb.
Qeyd edək ki, Almaniyada doğulan Deniz Yılmaz Türkiyənin U-16, U-17, U-18, U-19 və U-21 yığmalarında çıxış edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/azerbaycan-millisinin-uzvu-turkiyede-legioner-statusu-alib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR