PTİ-nin baş direktoru: "V Konqres xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirəcək" - FOTO

PTİ-nin baş direktoru: "V Konqres xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirəcək" - FOTO
15:37 16 Noyabr 2016
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası çox mühüm bir tədbirdir və xəbər agentlikləri arasında daha böyük həmrəyliyə gətirəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Hindistanın PTİ xəbər agentliyinin baş direktoru Venki Venkateş deyib.

O bildirib ki, tədbirdə çoxlu sayda dünyanın aparıcı xəbər agentliklərinin nümayəndələri iştirak edirlər: "Bu bizə imkan verəcək ki, ən yaxşı təcrübələri bir araya gətirək və paylaşaq və gələcək fəaliyyətimizi daha uğurla təşkil edək".

V.Venkateş tədbirə ev sahibliyi etdiyinə görə, Azərbaycana təşəkkürünü bildirib və yüksək təşkiltçılığın olduğunu diqqətə çatdırıb. O həmçinin, Azərbaycanın Dünya Xəbər Agentliklərinin Konqresinə uğurla sədrlik edəcəyinə əminliyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR