Elmar Məmmədyarov Portuqaliyanın İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi ilə görüşüb

Elmar Məmmədyarov Portuqaliyanın İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi ilə görüşüb
15:42 16 Noyabr 2016
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Portuqaliya İqtisadiyyat Nazirliyinin ticarət üzrə dövlət katibi Paulo Aleksandre Ferreira ilə görüşüb. 
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin, xüsusən iqtisadi əlaqələrin hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparıblar, əməkdaşlığın genişləndirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Ölkəmizdə aparılan köklü-iqtisadi islahatlar və yaradılmış əlverişli investisiya mühitindən söz açan nazir Elmar Məmmədyarov Portuqaliya şirkətlərinin bu imkanlarından faydalana biləcəyini deyib. O, həmçinin Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb nəqliyyat dəhlizi, TANAP və TAP layihələri haqqında məlumat verib. Nazir Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb.
Tərəflər iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən, turizm, kənd təsərrüfatı, yeyinti və yüngül sənaye, habelə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə ediblər.
Görüşdə həmçinin iki ölkənin biznes dairələri arasında əlaqələrin təşviq edilməsi məsələsinə də toxunulub.
Nazir Elmar Məmmədyarov Paulo Aleksandre Ferreiranı ölkəmizə səfərə dəvət edib.
Görüşdən sonra tərəflər Portuqaliyanın İqtisadiyyat Nazirliyində texniki nailiyyətlərə həsr olunmuş sərgiyə baxış keçiriblər.



Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/elmar-memmedyarov-portuqaliyanin-i-qtisadiyyat-nazirliyinin-ticaret-uzre-dovlet-katibi-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR