Türkiyə ordusuna şok sayda qəbul elan edilib: 30 min nəfər

Türkiyə ordusuna şok sayda qəbul elan edilib: 30 min nəfər
15:42 16 Noyabr 2016
109 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Silahlı Qüvvələri 30 159 nəfər hərbçi və mülki şəxsin qəbulunu elan edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə elan Türkiyə Müdafiə Nazirliyinin saytında yer alıb.

Bu addım, daha əvvəl ordu sıralarından yeddi mindən çox hərbi qulluqçunun azad edilməsi bağlı atılıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdindən sonra Silahlı Qüvvələr və digər dövlət qurumlarından minlərlə şəxs işdən azad edilib.

Onlar hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunaraq işdən azad ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR