Sentyabrın 23-dən itkin düşmüş, Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanın tapılması barədə xəbər vermişdik.
Bacısının əri ilə qoşulub qaçan, sonra isə geri qayıdan
Aynurənin əmisi Rahim bəy big.az-a açıqlama verib və bildirib ki,
yeznə hələ də tapılmayıb və ifadə verməyib:
"Aynurəni qaytardım valideynlərinin yanına. Atası-anası bilər
bundan sonra ... Amma qardaşımın o biri qızı bizimlə qalır.Deyirəm
bir qırğın düşər. O qız mənim evimdə qalır, icazə vermərəm ki,
qayıda evinə. Aynurə bacısı ilə üzbəüz gəldi. Dava etmədilər,
hadisədir də olub. Mən evdə olmamışam, bilmirəm. Mən nə deyim
vallah. 10 gün olar ki, Aynurə atasına təhvil verilib. Övladdır,
atıb, tullamaq olmur. Yeznə tapılmayıb, ciddi yanaşmırlar,
tapmırlar. Qızı qaçırdıb amma şəxsiyyətsiz ortaya çıxmır. Ona nə
deyim simasızdır. Qızın bakirə olub-olmaması barədə nə deyim, dedim
analiz edin. Sonra boş buraxdım, gördüm valideynlərinin səhhəti
pisləşir. Səhv edərəm bu barədə nəsə desəm, dəqiq bilmirəm. Bəlkə
mənsiz ekspertizaya gediblər, vallah bilmərəm. Şikayətçi də bizik,
3 aydır yollarda qalan da bizik. Belə olmaz. Tapmırlar bu yeznə
hara gedib, harda gizlənir. Polisə demişəm ki, məni daha narahat
etməyin.