Azərbaycan XİN rəhbərlərinin Yerevan görüşündə iştirak etməyəcək

Azərbaycan XİN rəhbərlərinin Yerevan görüşündə iştirak etməyəcək
15:52 16 Noyabr 2016
112 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Yerevanda keçirilən qeyri-rəsmi görüşündə iştirak etməyəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Hikmət Hacıyev deyib.

Avropa İttifaqının məlumatına əsasən, noyabrın 17-də Yerevanda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin 8-ci qeyri-rəsmi görüşü keçiriləcək.

Qeyd edək ki, Şərq Tərəfdaşlığının tərkibinə Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/489997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR