Rus əsgərləri Qarabağla Naxçıvan arasındakı ərazidə yerləşəcək

Rus əsgərləri Qarabağla Naxçıvan arasındakı ərazidə yerləşəcək
15:58 16 Noyabr 2016
791 Dünya
Ölkə mətbuatı
A- A+

Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşma çərçivəsində Ermənistanın 4-cü korpusu vahid orduya qatılacaq.

Publika.az
xəbər verir ki, 4-cü korpusun yerləşdiyi ərazi diqqət çəkir.

Ermənistan mediasının məlumatına görə, bu korpus Naxçıvanla sərhəddə olan “Vayos Dzore” ərazisində yerləşir. Həmçinin, bura Dağlıq Qarabağ bölgəsinə yaxındır.

Vahid Hərbi Birləşmələrin yaradılması ilə bağlı razılaşmaya əsasən, dinc şəraitdə vahid ordu Ermənistanın Baş qərargahına, müharibə şəraitində isə Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinə tabe olacaq. Belə görünür ki, Qarabağda hər-hansı müharibə zamanı Ermənistan ordusuna əsas nəzarət Rusiyanın əlində olacaq. Vahid orduya həmçinin, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası daxildir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/176158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR