Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar - FOTO

Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Fransanın İqtisadiyyat, Sənaye və Rəqəmsal Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb (15 Mart 2017 10:35)
Azərbaycan-Fransa sənədləri imzalanıb - FOTO (15 Mart 2017 00:32)
Azərbaycan və Cibuti arasında aviareys açılacaq (28 Fevral 2017 22:28)

Tarix: 16 Noyabr 2016 16:12

"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan) iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar.

Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıldı ki, bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcəkdir.

Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı "Azərbaycan Hava Yolları" və yük daşıyıcısı "Silk Way Airlines" Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin "Əl-Cəzirə" aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.

Qeyd etmək istərdik ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata keçirilib.

Milli.Az




Teqlər:  Azərbaycan Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzaladılar FOTO



RƏYLƏR


Top xəbərlər