Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsibə Zeynalovanın 100 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək

Nəsibə Zeynalovanın 100 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək

Date: 16 November 2016 16:17

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Azərbaycan Dövlət Musiqili Teatrında olacaq.
Qeyd edək ki, Nəsibə Zeynalovanın 100 illik yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış səyyar sərginiin təşkili , aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin "Nizami" Kino Mərkəzində nümayişi, sənətkarın həyat və yaradıcılığına həsr olunmuş kitab (müəllifi İ. Rəhimli) və foto-albomun nəşri nəzərdə tutulub.


Tags:  Nəsibə Zeynalovanın 100 illiyi münasibətilə xatirə tədbiri keçiriləcək

RƏYLƏR


Top news