Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.
Milli.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə çıxışı zamanı Angela Merkel bəyan edib.
"Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının böyük əksəriyyəti tərəfindən dəstəklənəcək doğru namizəddir. İnsanlar ona inana biləcəklərini hiss edirlər", - Angela Merkel vurğulayıb.
Qeyd edək ki, ötən gün Almaniyada hakim koalisiyanı təmsil edən partiyanın liderləri xarici işlər naziri Frank-Valter Ştaynmayerin namizədliyinin ölkə prezidenti postuna irəli sürülməsi barədə razılığa gəliblər.
Xatırladaq ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır.
Milli.Az