SOCAR bu il 5,2 mlrd. kubmetr qaz hasil edib

SOCAR bu il 5,2 mlrd. kubmetr qaz hasil edib
16:32 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 210,2 mln. kubmetr qaz hasil olunub.
“Report”un SOCAR-ın statistikasına istinadən verdiyi xəbərə görə, bu ilin 10 ayında şirkət üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5% azdır.
Bu ilin 10 ayında SOCAR-ın hasil etdiyi qaz hasilatının 503,7 mln. kubmetri oktyabr ayının payına düşüb ki, bu da ötən ilin oktyabr ayından 15% azdır.
Ötən ay SOCAR-ın qaz hasilatı sentyabr ayından isə 4,5% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-bu-il-5-2-mlrd-kubmetr-qaz-hasil-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR