Azərbaycan iqtisadiyyatına investisiyalar 26% azalıb

Azərbaycan iqtisadiyyatına investisiyalar 26% azalıb
16:32 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı məqsədi ilə bütün maliyyə mənbələrindən əsas kapitala 11 889,2 mln. manat vəsait yönəldilib.
"Report"un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, sərmayə qoyuluşu əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 26,3% azalıb.
Sərmayələrin 9 593,3 mln. manatı və ya 80,7%-i məhsul istehsalı obyektləri, 1 807,8 mln. manatı və ya 15,2%-i xidmət sahələri obyektləri, 488,1 mln. manatı və ya 4,1%-i isə ümumi sahəsi 1 373,8 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
Ümumi sərmayənin 32,7%-i dövlət, 67,3%-i qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 72,4%-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,9%-ni əhatə edib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 8 168,4 mln. manat, bank kreditləri 1 265,6 mln. manat, büdcə vəsaitləri 1 634,8 mln. manat, büdcədənkənar fondların vəsaitləri 125,5 mln. manat, əhalinin şəxsi vəsaitləri 431,6 mln. manat təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyatina-investisiyalar-26-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR