Məktəbəhazırlıq qruplarının müəllimləri imtahan verdi - FOTO

Məktəbəhazırlıq qruplarının müəllimləri imtahan verdi - FOTO
16:37 16 Noyabr 2016
293 Ölkə
Ölkə mətbuatı
A- A+

Məktəbəhazırlıq qruplarında çalışan 800-dən artıq müəllim imtahan verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Milli.Az-a bildiriblər ki, noyabrın 16-da məktəbəhazırlıq təlimlərində iştirak etmiş və hazırda məktəbəhazırlıq qruplarında məşğələ aparan müəllimlər üçün sertifikatlaşdırma imtahanı keçirilib.

Bakı şəhəri üzrə 3 mərkəzdə təşkil olunan imtahan 1 saat davam edib.

İmtahan Xəzər, Suraxanı, Sabunçu, Pirallahı rayonları üzrə 252, Nərimanov, Xətai, Nizami rayonları üzrə 62, Binəqədi, Qaradağ, Yasamal, Nəsimi və Səbail rayonları üzrə isə 18 nömrəli tam orta məktəbdə təşkil olunub.

Qeyd edək ki, imtahan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilib.

İmtahanda 800 nəfərdən artıq müəllim iştirak edib. İmtahanın nəticələrinə görə, hər bir müəllimə müvafiq sertifikat veriləcək.

Zərif Nisə
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR