Qurbanov 6, Qriqorçuk 12 pillə irəlilədi

Qurbanov 6, Qriqorçuk 12 pillə irəlilədi
16:47 16 Noyabr 2016
106 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycanda iki məşqçi yer alıb. 

"World Coach Ranking"in hazırladığı siyahıda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 6 pillə irəliləyib və 1361 xalla 467-ci pillədə qərarlaşıb.

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk isə 12 pillə irəliləyib. Onun aktivində 969 xal var və 595-ci yeri tutur.
 
Siyahıya “Barselona”nın baş məşqçisi Luis Enrike başçılıq edir. Onu Dieqo Simeone (“Atletiko”) və Zinəddin Zidan (“Real”) izləyir.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qurbanov-6-qriqorcuk-12-pill-irlildi-t54191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR