SOCAR oktyabrda neft hasilatını 4% artırıb

SOCAR oktyabrda neft hasilatını 4% artırıb
16:47 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 317,1 min ton xam neft hasil olunub.
“Report”un SOCAR-ın statistikasına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 8,6% azdır.
Bu ilin 10 ayında neft hasilatının 641,3 min tonu oktyabr ayının payına düşüb. Bu ilin oktyabr ayında SOCAR üzrə neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 7,7% azdır.
Ötən ay SOCAR üzrə neft hasilatı isə sentyabr ayı ilə müqayisədə 3,7% çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/socar-oktyabrda-neft-hasilatini-4-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR