Sərdar Ortaç və xanımı ayrılır - "Mənimlə gəlməsən, boşanırıq..."

Sərdar Ortaç və xanımı ayrılır - "Mənimlə gəlməsən, boşanırıq..."
16:51 16 Noyabr 2016
157 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Sərdar Ortaçın irlandiyalı həyat yoldaşı Kloe Türkiyəni tərk edib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 2014-cü ildə evlənən 46 yaşlı Sərdarla xanımı arasında mübahisə yaranıb. Ata olmaq istəyən müğənni Kloenin karyerasına görə bu fikrindən dönməli olub.

24 yaşlı Kloe isə ABŞ-da bir moda agentliyi ilə müqavilə bağlayıb. O, ərinə "Buradakı evi satıb ABŞ-a köçək. Mənim burada gələcəyim yoxdur. Ya mənimlə gələrsən, ya da boşanırıq" deyib.

Bundan sonra o, ABŞ-a köçüb. Sərdar da Kipr konsertindən həmən sonra onun arxasıyca yollanıb.
 
Müğənni yaxın dostlarına "Evliliyimizdə fikir ayrılığı var. Xanımım Mayami 400 min dollara villa tapıb, köçməyimizi istəyir. Mən getsəm, orada nə edəcəyəm? Orada məni kim tanıyır? Küçədə gitara çalıb pul qazanacağam? Həyat yoldaşımı da itirmək istəmirəm. Karyeramı da düşünürəm. Bir həftə içində qərar verəcəyik. Ya oraya köçəcəyik, ya da mən Türkiyəyə qayıdacağam. Tərk edilmiş biri kimi oturacağam" deyib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR