Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib

Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib

Date: 16 November 2016 16:52

Bakı. 16 sentyabr. REPORT.AZ/ Formula 1 yarışlarında çıxış edən "Maklaren" komandasının rəhbəri Ron Dennis vəzifəsindən ayrılıb. "Report"un məlumatına görə, 35 il komandaya rəhbərlik edən R.Dennis icraçı direktoru olduğu "McLaren Group"dakı vəzifəsindən də uzaqlaşıb.
Mətbuat bu qərarın qrupun digər şərikləri ilə yaşanan konflikt nəticəsində verildiyini iddia edir.
Qeyd edək ki, Ron Dennis 1980-ci ildə "Maklaren"ə gəlib. Bir il sonra isə o, komandaya nəzarəti ələ alıb. Dennisinin rəhbərliyi dövründə komandanın 10 pilotu dünya çempionu olub.


Tags:  Formula 1-in aparıcı komandasının rəhbəri vəzifəsindən gedib


RƏYLƏR


Top news