Bakıda 22 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb

Bakıda 22 yaşlı gənc tanışı tərəfindən bıçaqlanıb
17:02 16 Noyabr 2016
88 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlan yaşadğı mənzilin yaxınlığında bıçaqlanıb.
“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunun Cavadxan küçəsində qeydə alınıb. 
Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Abilov tanışı, 21 yaşlı Fərhad Kazımov tərəfindən bıçaqlanıb. Yaralı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisəni törədən F.Kazımov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-22-yasli-genc-tanisi-terefinden-bicaqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR