Prokuror "AVİS"in direktoruna cəza istəyib

Prokuror "AVİS"in direktoruna cəza istəyib
17:17 16 Noyabr 2016
46 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən Elmir Məhərovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. 
Prokuror E.Məhərovun 11 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses qeyri-müəyyən tarixədək təxirə salınıb. 
Qeyd edək ki, bu il yanvarın 29-da Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən “AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz satılması müəyyən edilib.
“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülmüşdür.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitləri aşkar edilib.
“Maymed” MMC-nin direktoru E.Məhərov vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraqhəmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb.
E.Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

"Neftçi" - "Qarabağ" matçını kim idarə edəcək?

29 Mart 2017 17:27

"Barselona"da Arda Turan şoku

29 Mart 2017 17:27

Səfirlikdən iranlı musiqiçinin Dağlıq Qarabağda verdiyi konsertə MÜNASİBƏT

29 Mart 2017 17:24

Rusiyanın Avropa Məhkəməsindəki nümayəndəsi vəzifəsindən azad edildi

29 Mart 2017 17:22

Fikrət Qocadan Elza Seyidcahana SƏRT REAKSİYA: "Utanıb, xəcalət çəksin"

29 Mart 2017 17:17

Dolların sabaha olan MƏZƏNNƏSİ

29 Mart 2017 17:14

Fransanın nüfuzlu qəzeti Ermənistanı ifşa etdi

29 Mart 2017 17:13

Manatın sabaha MƏZƏNNƏSİ

29 Mart 2017 17:12

"Ciddi tədbirlər görüləcək" - Bakı Nəqliyyat Agentliyi

29 Mart 2017 17:12

Manatın sabaha olan məzənnəsi açıqlandı

29 Mart 2017 17:11

Şəkili polisin rəisi ilə söhbəti izlənmə rekordu qırır - Cinayətkarı belə yaxaladı - VİDEO

29 Mart 2017 17:08

Ginnesin Rekordlar Kitabına düşən əsgər öldü: Ordu Sarkisyana qarşı etiraza qalxdı

29 Mart 2017 17:08

Bakıda yol polisi sürücülük vəsiqəsini deşik-deşik etdi - FOTO

29 Mart 2017 17:05

Qafqaz Müsəlmanları İdarəsindən dünya ictimaiyyətinə MÜRACİƏT

29 Mart 2017 17:05

DİQQƏT: bu müğənnilər virus daşıyıcılarıdır

29 Mart 2017 17:01

Bu axşam bəzi yollarda hərəkət məhdudlaşır

29 Mart 2017 16:58

Vahid taksi sistemi yaradıla bilər - TƏKLİF

29 Mart 2017 16:57

31 mart soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir

29 Mart 2017 16:57

"Novruz festivalına bəzi günlərdə 50-60 min nəfər insan qatılıb"

29 Mart 2017 16:57

Livanın 82 yaşlı prezidenti yerə yapışdı - VİDEO

29 Mart 2017 16:53

Türkiyədəki qiyamın təşkilatçısı ABŞ konsulluğu ilə təmasda olub

29 Mart 2017 16:52

Bakı metrosunda bədbəxt hadisə

29 Mart 2017 16:51

Gec ana olmağın FAYDALARI

29 Mart 2017 16:48

Türkiyədə terror XƏBƏRDARLIĞI

29 Mart 2017 16:47

Bakıda bütün avtobuslar kart sisteminə keçəcək - Müddət açıqlandı

29 Mart 2017 16:47

Çoxmərtəbəli binada yanğın

29 Mart 2017 16:44

Nigar Camalın Londondakı evi - VİDEO

29 Mart 2017 16:42

Kişi və qızlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI

29 Mart 2017 16:38

Bu gündən Bakıda "Oyunlar zolağı"nın çəkilişinə başlanılır - Yollar bağlanacaq

29 Mart 2017 16:37

Bakı Ali Neft Məktəbində “Elektron hökumət” mövzusunda seminar keçirilib

29 Mart 2017 16:35

Bu axşam “Oyunlar zolağı”nın çəkilişinə başlanılır - Sürücülər, diqqət!

29 Mart 2017 16:34

General yol polisinin rəisi vəzifəsindən AZAD EDİLDİ - FƏRMAN

29 Mart 2017 16:33

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı - Sən demə, arvadının oynaşı... DƏHŞƏTLİ FAKT

29 Mart 2017 16:33

Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı - FOTO

29 Mart 2017 16:32

Fərdanın açıqlaması Türkiyə mediasında GÜNDƏM OLDU - FOTO

29 Mart 2017 16:32

Azərbaycanda vahid taksi sistemi yaradılacaq

29 Mart 2017 16:29

Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxundu

29 Mart 2017 16:27

Ərəblər bahalı avtomobilləri bu günə salır, sonra da Azərbaycana göndərir – VİDEO

29 Mart 2017 16:23

Həkim məsləhəti: Toy gecəsi yaranan problemlər

29 Mart 2017 16:23

İnternat məktəbinin direktoru uşaqlara işgəncələr verirmiş - Azərbaycanda

29 Mart 2017 16:22

“Brexit” rəsmən başlandı

29 Mart 2017 16:18

"Aygün Kazımovaya 4500 manat borcum var"

29 Mart 2017 16:17

Seçkilərdə iştirak qaydalarını pozanların cəzası SƏRTLƏŞDİRİLİR

29 Mart 2017 16:12

Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI

29 Mart 2017 16:12

Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı

29 Mart 2017 16:11

Samiraldo moykada rəqs edib, maşınını yudu - VİDEO

29 Mart 2017 16:08

Akif Çovdarovun məhkəməsində "Şərurlu İsfəndiyar" ifadə verdi

29 Mart 2017 16:05

"Barselona" Messinin müdafiəsinə qalxdı

29 Mart 2017 16:05

"Ermənilər köçürülənə qədər Cənubi Qafqaz heç zaman münaqişə zonası olmayıb"

29 Mart 2017 16:05

Azərbaycanlı müğənninin Londonda möhtəşəm evi – VİDEO

29 Mart 2017 16:03