Rus ordusunun yeni silahı (VİDEO)

Rus ordusunun yeni silahı (VİDEO)
02:26 6 Yanvar 2015
255 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya ordusu robot sınaqları zamanı öz bacarıqlarını nümayiş etdirib.

ANS PRESS-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi açıqlamasında quruda istifadə üçün nəzərdə tutulan robot kompleksindən başqa, pilotsuz təyyarələr və sualtı qayıqlar üçün də robotlar hazırlandığını bildirilir. Bu barədə Rusiyanın NTV telekanalı xəbər yayıb.

Bu robotlar “2025-ci ilə qədər perspektivli hərbi robot texnikasının yaradılması” kompleks proqramı çərçivəsində hazırlanıb. Mühəndis qoşunu ilə yanaşı, buraya “Uran-6” minatəmizləyən və “Uran-14” yanğınsöndürən maşınlar daxildir. Onlardan yanğınsöndürmə və partladıcıları zərərsizləşdirmə üzrə ixtisaslaşmış bəzi bölmələrdə istifadə olunacaq.

Rusiya Müdafiə Nazirliyi istifadəyə verilən yeni robot silahlarla əsgər həyatının riskə atılmayacağını bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=317897

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR