Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir

"AZALJET" Bakı-Moskva aviareysinə aksiya keçirir

Date: 16 November 2016 17:17

Bakı. 16 noyabr. REPORT.AZ/ “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli brendi olan “AZALJET” Bakıdan Moskvaya olan uçuşlar üçün xüsusi kampaniya keçirir.

“Report”un məlumatına görə, kampaniya noyabr ayının 29-30-nu əhatə edir.
Aksiya çərçivəsində noyabrın 29-u Bakıdan Moskvaya ("Vnukovo" hava limanı), noyabrın 30-da isə Moskvadan Bakıya uçan sərnişinlər aviabileti 49 avroya ala bilərlər.
Bu qiymətlər yalnız bir istiqamət üçün müəyyən edilib.
Qeyd edək ki, noyabrın 17-dən dekabrın 15-dək bu tarifə görə daha çox sayda təyyarə reyslərindən istifadə etmək mümkün olacaq.


Tags:  AZALJET Bakı-Moskva aviareysinə aksiya keçirir


RƏYLƏR


Top news