Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycan V Konqresin keçirilməsi üçün böyük işlər görüb" - FOTO

"Azərbaycan V Konqresin keçirilməsi üçün böyük işlər görüb" - FOTO

Date: 16 November 2016 17:32

Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi xəbər agentliklərinin inkişafında böyük rol oynayır.

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda Heydər Əliyev Mərkəzində keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasında iştirak edən Ərəb Xəbər Agentlikləri Federasiyasının Baş katibi Fərdi Əyar deyib.

Onun sözlərinə görə, Azərbaycan bu tədbirin keçirilməsi üçün böyük işlər görüb.

"Bu konqresin keçirilməsi böyük qüvvə tələb edirdi. Təşkilati işlərin yüksək olduğunu qeyd etməklə hesab edirik ki, Azərbaycanın sədrliyi ilə keçən konqres böyük nailiyyətlərə imza atacaq."

Qeyd edək ki, Azərbaycan noyabrın 16-dan etibarən üç gün ərzində nüfuzlu beynəlxalq media qurumlarının toplantılarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclasına ev sahibliyi edəcək. Tədbirlərdə dünyanın 80 ölkəsindən informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 190-a yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları iştirak edirlər. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunur. Belə ki, Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 23 ölkəsindən 30 agentliyin 51 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gəlib.

Milli.Az




Tags:  Azərbaycan Konqresin keçirilməsi böyük işlər görüb FOTO

RƏYLƏR


Top news