V Konqresin ikinci sessiyası: Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları - FOTO

V Konqresin ikinci sessiyası: Xəbər agentlikləri – yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları - FOTO
17:42 16 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 16-da Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində "Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları" mövzusunda ikinci sessiya keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sessiyaya moderatorluq edən OANA-nın baş katibi, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN müzakirə olunan mövzunun aktuallığını və əhəmiyyətini vurğulayıb.

Sessiyada çıxış edən Koreya Respublikasının Yonhap agentliyinin prezidenti Park NO-HVANQ, Avstraliyanın AAP agentliyinin baş redaktoru Toni GİLLİES, Böyük Britaniyanın Press Association agentliyinin baş redaktoru Peter Klifton, İranın İRNA agentliyinin icraçı direktoru Məhəmməd Xodadi müasir dövrdə xəbərin hazırlanması qaydalarından söz açıblar. Diqqətə çatdırılıb ki, informasiyanın istifadəçilərin marağı ilə üst-üstə düşməsi üçün yeni xəbər formalarından istifadə olduqca vacibdir. Bu məsələdə xəbər agentliklərinin üzərinə məsuliyyətli vəzifə düşür.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/490061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR