İEA: Neft bazarında volatillik artacaq

İEA: Neft bazarında volatillik artacaq
17:42 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Qlobal neft bazarında qiymətlərdəki volatillik ABŞ şist neft istehsalçılarının aşağı neft qiymətlərinə uyğunlaşması ilə artmağa davam edəcək. "Report"un "Vestifinance" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Energetika Agentliyinin (İEA) illik hesabatında qeyd olunub.
"Neft qiymətlərinin yüksək dalğalanma mərhələsinə qədəm qoyuruq. Əgər qısa müddətdə qiymətlər artsa, şist neft hasilatçıları buna çevik reaksiya verərək bazara daha çox neft çıxaracaq", - deyə İEA rəhbəri Fatih Birol bildirib.
İEA 2020-ci ilə qədər ABŞ-da şist neft hasilatının 900 min barel/gün artması ilə bağlı ümumi neft hasilatının 14,1 mln. barel/günə çatacağını bildirib. Agentlik OPEC-ə üzv olmayan ölkələrdə isə 2020-ci ilə qədər hasilatın sadəcə 1,1 mln. barel/gün artaraq 54,3 mln. barel/günə çatacağını ehtimal edir. Xatırladaq ki, bu proqnoz keçən ilki hesabatla müqayisədə 600 min barel/gün azaldılıb.
OPEC-in neft hasilatı isə 2020-ci ilə qədər 39,2 mln. barel/günə çatacağı ehtimal edilir. Qeyd edək ki, hazırda OPEC-in gündəlik hasilatı 33,64 mln. barel/gün təşkil edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/i-ea-neft-bazarinda-volatillik-artacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR