Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Baş Prokurorluq: Əli Abbasova qarşı cinayət işi açılmayıb

Baş Prokurorluq: Əli Abbasova qarşı cinayət işi açılmayıb

Date: 16 November 2016 17:42

Bakı. 16 noyabr. REPORT.AZ/ Bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyev məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb.
Baş Prokurorluqdan "Report"a verilən məlumata görə, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir, dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib.
"Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir. Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə məlumatda qeyd olunub.


Tags:  Baş Prokurorluq Əli Abbasova qarşı cinayət işi açılmayıb

RƏYLƏR


Top news