Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda unikal "ARTDOT" layihəsi başlayır

Azərbaycanda unikal "ARTDOT" layihəsi başlayır

Date: 16 November 2016 17:47

Dizayn - müəllif tərəfindən yalnız böyük predmetlərlə əməliyyat etmədən məkana ayrılmaz surətdə salmağa çalışan çoxsaylı parametrlərin vizuallaşdırması deməkdir. Tez-tez heç gözə çarpmayan tək bir təfərrüat yaxud kiçik detal "məkana" tamamlıq verə bilər. Əksər hallarda belə "nöqtələrə" fərdiyyətin yaradılması üzrə dizayner məsələlərinin həllində bərabər partnyorlara çevrilmiş bədii əsərlər aiddir.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Muzey mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı birlikdə unikal "ARTDOT" layihəsini başlayırlar. Layihənin çərçivəsində dizayn və arxitektura, rəssamların, heykəltəraşların, fotoqrafların və müəllif kukla ustalarının əsərləri kimi bir neçə bədii incəsənət istiqamətinin simbiozu təqdim ediləcək. İl ərzində dörd sərgidən ibarət olan layihənin startı 2016-cı ilin noyabr-dekabr aylarında planlaşdırılmışdır.

"ARTDOT" layihəsinin məqsədi dizayn-xidmətlərin istehlakçıları, interyer bazarın mütəxəssisləri və alıcılarda dizaynın funksiya və bədii surətin dərk edilmiş inteqrasiya prosesi anlayışını formalaşdırmaqdan ibarətdir. Layihə çərçivəsində gənc Azərbaycan rəssamların və memarların sərgiləri, dizayn-sərgilər, mühazirələr və usta-sinifləri, xarici qonaqların iştirakı ilə təqdimatlar və vorkşoplar planlaşdırılmışdır. Layihənin vəzifəsi incəsənəti real həyat mühitinə qatmaq, bədii əsərləri interyerin elementi kimi təqdim etmək və onların satışı üçün əlverişli imkan yaratmaq.

"ARTDOT" ahəngdar bir mühitin yaradılması nümunəsidir, onda bütün tərkibi hissələri bərabər və əslində partnyorluq əlaqələrindədir. Çünki gerçəklik və kamilliyi yaradan məhz detallardır.

Birinci sərgi "pop-art" istiqamətinə həsr ediləcək, hansı ki müasir estetikanın nəhəngindən biridir, amma onun fitnəkarlığına münasibəti birmənalı izah etmək mümkün deyil. Pop-art əsərləri incəsənət dünyasında diametral əks reaksiyaları və peşəkarlar və bədii tənqidçilərin arasında ən geniş müzakirələri doğura bilirdi. "Popsa" və "pop-adət" - bu istiqamətə indiyə qədər asılan alçaldıcı yarlıklar budur. Lakin, bu heç cür iddia edilmir - populyar incəsənət prinsipial olaraq elita üçün deyil! Əsas obyekt və surət kimi pop-art istehlak məhsulları surətlərindən istifadə edir. Pop-art öz sanki sadə məzmununu kütləvi mədəniyyətdən və ağılsız ritmi və istehlak dəyərləri olan ən müasir həyatdan götürür. Faktiki olaraq, incəsənətdə bu istiqamət ənənəvi təsviri yaradıcılığı kütləvi mədəniyyətin və ya maddi aləmin cürbəcür obyektlərinin nümayişi ilə əvəz etmişdir. Pop-art artıq çox germetik, vəcdə gəlmiş sırf ekzistensiya incəsənətinə xüsusi bir "zəhərəqarşıdır", müxalifətdir... Bu "nəhəng bədheybətlə" müqayisədə pop-art təmiz hava nəfəsi kimi yüngül, , , bilborddaki slenq və ya reklam kimi açıq-aydındır ... Əlavə olaraq, o elə bundan da ibarətdir.

Mücərrəd ekspressionizmi əvəz edərək və kütləvi informasiya vasitələri və reklam müəyyən etdiyi yeni bədiiliyə istiqamətlənərək, müasir pop-art bədii "palitrada" öz yerini tutmuş və Riçard Hamiltonun belə fikrini təsdiqləmişdir: "Pop-art - populyar, ötəri, fərasətli, tez unudulan, seksual, cavandır". İncəsənət bu gün misli görülməmiş dərəcədə siyasi və seksualdır. Maddi aləm bir qədər aqressiv olur: qadın bədəni və avtomobilin kapotu eyni dərəcədə ehtiras oyadır... Burada pop-art, əlbəttə ki, velosiped icad eləməyib, həmin "seksual obyektləri" hələ təhtəlşüurluqla daimi dialoq tətbiq edən sürrealistlər tapıb və əməlli-başlı istismar edirdilər, lakin pop-artda isə onlar bütün kainatı zəbt ediblər.

Belə mövqe bu gün aktualdırmı? Yüksək dərəcədə. Jan Bodroyyar "Pisliyin şəffaflığı" əsərində insan fəaliyyəti və mədəniyyətində əsas sahələrin çərçivələri qeyri-aşkar olduğu haqqında yazır. Hər halda, pop-art öz açıq-aydın görünən yüngüllüyünə baxmayaraq, çox ağıllı, ictimai şüurun vəziyyətinə dəqiq və rişxəndlə diaqnoz qoyan incəsənətdir. Bu isə, yüksək mənzərə xüsusiyyətlərilə birlikdə böyük bir qüvvədir...

Beləliklə, öz müasir dünya duyğusunun yeni ifadə üsullarını axtaran gənc azərbaycanlı rəssam, fotoqraf və heykəltəraşların iştirakı, Azərbaycanda yeni layihənin ilk sərgisinə təbii şəkildə tam uyğun gəlir. Layihənin təşkilatçıları - Muzey mərkəzinin qalereyası və Azərbaycanın "SALON" jurnalı mühit və məkan harmoniyası sayəsində parlaq müsbət emosiyalar yarada biləcək qeyri-adi bir duet təşkil edir.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


Tags:  Azərbaycanda unikal ARTDOT layihəsi başlayır

RƏYLƏR


Top news