Zərdab rayonunun daha iki kəndinə qaz verilib

Zərdab rayonunun daha iki kəndinə qaz verilib
17:47 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu gün Zərdab rayonunun Bıçaqçı və Yuxarı Seyidlər kəndlərinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib.
“Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Zərdab rayonunun 328 abonenti olan Bıçaqçı kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 650 metr olan müxtəlif diametrli borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 155 abonenti olan Yuxarı Seyidlər kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 21 588 metrlik polietilen və metal boru xətləri çəkilib, 155 ədəd sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Hazırda Zərdab rayonunun daha 4 kəndində (Şahhüseynli, Əlvənd, Otmanoba və Aşağı Seyidlər kəndləri) tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın günlərdə tikintisi başa çatmış yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.




Xəbərin orijinal ünvanı: https://report.az/energetika/zerdab-rayonunun-daha-iki-kendine-tebii-qaz-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR