Şəhid hərbçimiz dəfn edildi

Şəhid hərbçimiz dəfn edildi
17:47 16 Noyabr 2016
410 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Silahlı Qüvvələrinin ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu bu gün torpağa tapşırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhid hərbçi anadan olduğu Masallı rayonunun Böyük Xocavar kəndində dəfn olunub.
 
1990-cı il təvəllüdlü, müddətdən artıq hərbi xidmət keçən gizir Aqil Qismət oğlu Məlikovun dəfn mərasimində rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, yerli hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edib. 
 
Yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. 
 
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Məlikov Aqil Qismət oğlu noyabrın 15-də xidməti vəzifələrini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşdən şəhid olub.
 
Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR