Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Saxta profillərlə prezidenti təhqir edənlərə qarşı tədbir görmək vacibdir"

"Saxta profillərlə prezidenti təhqir edənlərə qarşı tədbir görmək vacibdir"

Date: 16 November 2016 18:05

Azərbaycan Baş prokurorunun internet resurslarında saxta profil və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması ilə bağlı Milli Məclisə təqdim etdiyi təklif məqsədəuyğundur.

Milli.Az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Millət vəkili bildirib ki, internet resursları və sosial şəbəkələrdə adi Azərbaycan vətəndaşlarından tutmuş ölkə prezidentinin ünvanına qədər böhtan və təhqirlər baş alıb gedir:

"Bunun qarşısı alınmalıdır. Nəzərə alsaq ki, Azərbaycanda insanların hüquq və azadlıqlarının, şəxsiyyətinin qorunmasının təminatçısı dövlətdir və bu hüquqlar Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunur, bu baxımdan Baş prokurorun Milli Məclisə göndərdiyi təklif olduqca məntiqlidir və qanunauyğundur. Uzun illərdir ki, sosial şəbəkələrdə ictimai siyasi şəxslər, nüfuzlu insanlar və ölkə prezidenti ayrı-ayrı insanlar tərəfindən təhqir və böhtanlara məruz qalırlar. Bunun qarşısını almaq üçün qanuni əsaslar yoxdur. Ona görə də vətəndaşların hüquqlarının müdafiəsi və bu təhqirlərin qarşısının alınması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinə təklif edilən əlavə və dəyişikliklər insanların şəxsiyyətinin qorunması ilə bağlı konstitusion əsaslara söykənərək xoşagəlməz, əxlaqi dəyərlərdən uzaq, cinayət xarakteri daşıyan addımların qarşısının alınmasına xidmət edəcək".

Millət vəkilinin sözlərinə görə, bu əlavə və dəyişikliklər qəbul ediləndən sonra hüquq-mühafizə orqanları da buna qarşı qətiyyətli mövqe nümayiş etdirməli və icra mexanizmi işlənməlidir:

"Çünki internet resursları və sosial şəbəkələr azaddır, Azərbaycan da demokratik ölkə kimi buna geniş imkanlar yaradıb. Amma bu, o demək deyil ki, bəzi insanlar, Azərbaycanın indiki siyasəti ilə razılaşmayanlar Avropada oturaraq və ya Azərbaycanda bir küncə çəkilərək saxta profillərlə Azərbaycan vətəndaşlarını, eyni zamanda ölkə prezidentini təhqir edə bilər. Bunun qarşısını almaq son dərəcə vacib və təqdirəlayiqdir".

Milli.Az


Tags:  Saxta profillərlə prezidenti təhqir edənlərə qarşı tədbir görmək vacibdir

RƏYLƏR


Top news