Qalmaqallı məktəbdə direktorun ardınca müavin işdən azad edildi

Qalmaqallı məktəbdə direktorun ardınca müavin işdən azad edildi
18:12 16 Noyabr 2016
175 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 230 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Ləman Babayevanın Təhsil Nazirliyinin Qəbul Portalına daxil olmuş, həmçinin məktəb direktoru Elşən Qafarovun L.Babayevanın üzrsüz səbəbdən işə gəlməməsi və əmək funksiyalarını yerinə yetirməməsi ilə bağlı müraciətləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Milli.Az bildirir ki, idarədən Trend-in sorğusuna cavab olaraq deyilib ki, araşdırmanın nəticəsində hər iki şəxsin fəaliyyətinə xitam verilib: "Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı şəhəri 230 nömrəli tam orta məktəbin direktoru Qafarov Elşən Yəhya oğlu ilə bağlanmış əmək müqaviləsi 10.11.2016-cı il tarixdən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən həmin məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Babayeva Ləman Eldəniz qızı ilə bağlanmış əmək müqaviləsi 15.11.2016-cı il tarixdən ləğv edilib.

Bakının qalmaqallı məktəb direktoru işdən çıxarıldı
Məktəbdə direktor vəzifəsinin müvəqqəti icrası BŞTİ-nin əməkdaşına həvalə edilib. Hazırda məktəbdə təlim-tərbiyə prosesi normal şəkildə davam etdirilir. Məktəbə yeni direktorun təyinatı mövcud qaydalar və müvafiq prosedura uyğun şəkildə həyata keçiriləcək. Ləman Babayevanın müvafiq ərizəsi nəzərə alınaraq, onun pedaqoji fəaliyyətini digər məktəblərdən birində davam etdirməsi məsələsi isə müzakirə mərhələsindədir".
Qeyd edək ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/490104.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR