Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Arda sevgilisi ilə ayrılıb?

Arda sevgilisi ilə ayrılıb?

Date: 16 November 2016 18:12

"Barselona" forması geyən ulduz futbolçu Arda Turan ilə sevgilisi Aslıhan Doğanın 20 gün əvvəl ayrılmaq haqda qərar verdikləri deyilir.

Milli.Az Milliyet-ə istinadən bildirir ki, ötən gün "Kanal D"də yayımlanan "Rəngli səhifələr" proqramında model Didem Soydanla bir yerdə olduqları xəbərləriylə gündəmə gələn Arda Turanın 2015-ci ildən bu yana münasibətdə olduğu Aslıhan Doğandan ayrıldıqları iddia edilir.

Əvvəllər üç dəfə ayrıldıqları iddia edilən cütlüyün bir ay əvvəl dalaşdıqları xəbərləri yayılsa da, Aslıhan Doğan ayrılıq söz-söhbətlərini təkzib etmişdi. Ayrılıq xəbəri inkar edilsə də, cütlük arasında əlaqələrin 20 gün əvvəl kəsildiyi deyilir.

Ulduz futbolçunun, sevgilisinin evlilik istəyini yerə saldığı üçün ayrılığa qərar verdikləri iddia edilir.

Təhməz Təkin
Milli.Az


Tags:  Arda sevgilisi ayrılıb

RƏYLƏR


Top news