"Qırmızı Körpü"nün inkişafı ilə bağlı dəyirmi masa keçirilib

"Qırmızı Körpü"nün inkişafı ilə bağlı dəyirmi masa keçirilib
18:14 16 Noyabr 2016
53 Digər
Ölkə mətbuatı
A- A+

 

Noyabrın 15-də Dövlət Gömrük Komitəsinin Akademiyasında “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi üzrə Akademiya tərəfindən görülən işlərlə bağlı “dəyirmi masa” keçirilib.

 

DGK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Dəyirmi masa”da Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası arasında sözügedən layihənin həyata keçirilməsinə dair Razılaşma Məktubundan irəli gələn vəzifələr və əməkdaşlıq əlaqələri barədə məlumat verilib.

 

Sonra DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin şöbə rəisi Ceyhun Nəcəfli layihəyə dair təqdimatla çıxış edib.

 

Təqdimatda layihənin məqsədi, əldə olunacaq nəticələr və digər məsələlər barədə ətraflı məlumat verilib. Eyni zamanda. diqqətə çatdırılıb ki, layihənin həyata keçiriləcəyi iki il (2016-2017) müddətində digər işlərlə yanaşı, gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə hər iki ölkədə milli və beynəlxalq təlimlərin keçirilməsi nəzərdə tutulub. Öz növbəsində, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası layihəyə yaxından kömək etməyi öhdəsinə götürüb.

 

Xatırladaq ki, “Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən birgə icra olunur.

 

Layihədə əsas məqsəd Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığı inkişaf etdirmək, ticarəti asanlaşdırmaq, sərhədlərdə sanitar və fitosanitar yoxlamaları gücləndirmək, həmçinin Qırmızı Körpü sərhəd-keçid məntəqəsini daha yaxşı infrastruktur və müasir texnologiya ilə təmin etməkdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259671

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR