Sabiq nazir qızının toyuna 74 milyon dollar xərclədi - video

Sabiq nazir qızının toyuna 74 milyon dollar xərclədi - video
18:21 16 Noyabr 2016
271 Şou
Ölkə mətbuatı
A- A+

Hindistanın Karnataka ştatının sabiq naziri Qali Canardjana qızının toyuna 74 milyon dollar xərcləyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, toyun təşkili üçün Qali Karnatakaya 8 Bollivud rejissoru dəvət edib. Mərasimin videogörüntüləri izləyənləri heyrətləndirib.

Belə ki, görüntülərdən aydın olur ki, gəlin toy zamanı bir neçə dəfə dünyanın ən bahalı dizaynerlərinə məxsus geyimlər dəyişir. Bəyi isə 5 ağ at əhatə edir. Gəlinin valideynləri məhz toy üçün hazırlanan mahnı ifa edirlər.

Məlumata əsasən, gəlinə alınan toy sarisinin qiyməti 2,5 milyon, qızıllarının qiyməti isə 12, 4 milyon dollar dəyərində olub.
 


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR