Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Messi mediaya müharibə elan etdi

Messi mediaya müharibə elan etdi

Date: 16 November 2016 18:22

Argentina millisinin futbolçuları bundan sonra mətbuata danışmamağa qərar veriblər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna komandanın futbolçusu Esekyel Lavezzinin məşqdən sonra narkotik maddə qəbul etdiyi barədə Argetina mediasında iddiaların ortaya atılması səbəb olub.

Bu iddialara sərt münasibət bildirən L.Messi DÇ-2018-in seçmə mərhələsində Kolumbiya ilə oyundan sonra bütün komanda yoldaşları ilə birgə mətbuat konfransına gedib və boykot qərarını açıqlayıb:

"Bundan sonra mətbuata danışmamaq barədə qərar qəbul etdik. Niyə belə qərar qəbul etdiyimizi yəqin ki, bilirsiz. Bugünədək bir çox ittihamla qarşılaşmışıq, sərt tənqidlərə məruz qalmışıq. Ancaq bütün tənqidlərə hörmətlə yanaşaraq cavab verməmişik. Bir çox jurnalistin bizə hörmət etdiyini bilirdik. Ancaq artıq hədd aşılıb. Lavezzinin narkotik maddə qəbul etdiyinə bu şəkildə cavab vermək məcburiyyətindəyik. Çünki sakit olsaq, insanlar bu ittihamların doğru olduğunu düşünəcək. Bütün komanda buradadır və medianın oyununa getməyəciyimizi söyləyirik. Bizə istədiyiniz qədər təzyiq göstərə bilərsiniz. Ancaq kimsə mediaya danışmayacaq" - deyə Messi bildrib.

Argentinalı hücumçunun boykotun müddətinin nə qədər davam edəcəyini bilmədiyini söyləyib.

Qeyd edək ki, E.Lavezzi bu iddianı ortaya atanlarını məhkəməyə verib.

Milli.Az


Tags:  Messi mediaya müharibə elan etdi

RƏYLƏR


Top news