Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tramp polis dəstəyindən məhrum ola bilər

Tramp polis dəstəyindən məhrum ola bilər

18 yaşından sonra valideynlərini itirən tələbələr təhsil haqqından azaddır - QƏRAR (18 Fevral 2017 10:33)

Tarix: 16 Noyabr 2016 18:22

ABŞ-ın Los Anjeles şəhərinin polis rəisi Çarli Bek qanunsuz miqrantlara qarşı mübarizədə Donald Trampla əməkdaşlıq etməyəcəyini açıqlayıb. Sputnik haberler-ə istinadla xəbər verir ki, Bek ABŞ-da prezident seçkilərini qazanan Trampın qanunsuz miqrantların ölkədən çıxarılması ilə bağlı açıqlamalarına sərt reaksiya verib.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, "Trampın fikirləri Los Anjeles Polis Departamentinin qanunsuz miqrantların deportasiya edilməsi ilə mövqeyini dəyişdirməyəcək. Fərqli bir şey etmək niyyətində deyiləm. Deportasiya səyləri ilə bağlı Trampla birlikdə çalışmayacağıq. Bu, bizim işimiz deyil", - rəis bildirib. Qeyd edək ki, Donald Tramp hələ seçki kampaniyası ərəfəsində qaçqınların ölkədən kənarlaşdırılacağını, Meksika-ABŞ sərhədinə sədd çəkməyi planlaşdırdığını demişdi. Məlumata görə, hazırda Amerikada təqribən 11 milyon miqrant yaşayır. Onu da deyək ki, Donald Tramp prezident seçiləndən sonra ölkə daxilində etirazlar davam edir.

Milli.Az


Teqlər:  Tramp polis dəstəyindən məhrum ola bilər



RƏYLƏR


Top xəbərlər