Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Uşaqlara pulsuz film nümayiş edildi - FOTO

Uşaqlara pulsuz film nümayiş edildi - FOTO

Date: 16 November 2016 18:42

Noyabrın 16 -da Nizami Kino Mərkəzi "Cığır" İctimayi Birliyinin himayəsində olan uşaqlar üçün Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dövlət sifarişi ilə çəkilmiş "Dərs " filminin nümayişini keçirib.

Milli.Az xəbər verir ki, Rejissor Rafiq Əliyev və Cavid Təvəkkülün çəkdiyi ekran əsəri, uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

Filmdəki rollara Nazim İbrahimov, Mənsurə Əhmədova, Rasim Cəfər və digər aktyorlarla yanaşı, Bakı məktəbliləri də çəkiliblər.

Nümayişdən sonra İctimayi birliyin həmtəsisçisi və sədri dosent Yeganə Mirzəyeva, həmtəsisçi Günel Ələkbərova valideynlər, uşaqlar kinomərkəzin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini və filmi bəyəndiklərini bildiriblər. Həmçinin, bu aksiyaların uşaqların mədəni zövqünün förmalaşmasında böyük rol oynadığını qeyd ediblər.

Milli.Az







Tags:  Uşaqlara pulsuz film nümayiş edildi FOTO


RƏYLƏR


Top news