Barama toxumları, tut tingləri və fındıq pöhrələri kəndlilərə PULSUZ PAYLANACAQ

Barama toxumları, tut tingləri və fındıq pöhrələri kəndlilərə PULSUZ PAYLANACAQ
18:47 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da "İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin və fındıqçılığın inkişafının sürətləndirilməsi, bu sahələrin potensial imkanlarından səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması üçün barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin tədarük edilməsi və məhsul istehsalçılarına əvəzsiz verilməsi məqsədi ilə "Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına 1,463 milyon manat, o cümlədən barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına 600 min manat, fındıq pöhrələrinin alınmasına 700 min manat ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyinə tədarük olunan barama toxumlarının, tut (çəkil) tinglərinin və fındıq pöhrələrinin şəhər və rayonların tələbatı nəzərə alınmaqla, məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılmasını təmin etmək tapşırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/490116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR