Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ermənistanda internet azadlığı geriləyib - "Freedom House'"

Ermənistanda internet azadlığı geriləyib - "Freedom House'"

Date: 16 November 2016 18:57

"Freedom House" hüquq müdafiə təşkilatının builki hesabatında deyilir ki, Ermənistanda ötən illə müqayisədə müəyyən geriləmə qeydə alınıb.

Çatışmazlıqlar arasında etiraz aksiyalarını internetdə canlı yayımlayan jurnalistlərə polisin hücumları, eləcə də bu ilin iyulunda - Yerevanda polis patrul xidməti binası tutularkən, "Facebook" sosial şəbəkəsinin qısa müddətə bloklanması qeyd edilir.

"REDAKSİYA MÖVQEYİNİ İSƏ..."

Hesabatda deyilir ki: "Ermənistanda yaradılan onlayn media maliyyə sıxıntısına və siyasi təzyiqə məruz qoyula bilər. Ənənəvi mediada olduğu kimi, bəzi hallarda internet mediasında çalışan jurnalistlərin də redaksiya xəttindən kənara çıxan fəaliyyətinə imkan verilmir. Redaksiya mövqeyini isə çox zaman bu və ya digər siyasi qüvvə müəyyənləşdirir".

MƏZMUNLA BAĞLI MƏHDUDİYYƏTLƏR

Məzmunla bağlı məhdudiyyətlərə gəlincə, "Freedom House" qısamüddətli aprel savaşında Müdafiə Nazirliyinin çağırışlarını xatırladır. Nazirlik internet istifadəçilərini gizli məlumatı düşmən tərəfə ötürməmək üçün onlayn müzakirələr aparmamağa çağırmışdı: "Nəticədə internet təhlilçiləri özünüsenzuraya üz tutur, internet müzakirələri isə... çox zaman qarşıdurma ilə müşayiət olunurdu".

Milli.Az azadliq.org-a istinadən bildirir ki, hesabatda daha sonra deyilir: "2015-ci ilin mayında SOS TV-nin polisi lağa qoyan videosu YouTube-dan silinmişdi. Bu, rəsmən müəllif hüquqlarının pozulması kimi qələmə verilsə də, video, böyük ehtimalla, polisi [gülüş obyektinə çevirdiyinə görə] hüquq müdafiəçilərinin hədəfinə çevrilib".

Sənəddə o da vurğulanır ki, Ermənistan polisi videonun müəlliflərini hüquq mühafizəçilərini təhqir etməkdə günahlandırıb vəSOS TV-ni məhkəməyə verib.

"Freedom House" elektrik enerjisinin bahalaşmasına və konstitusiya referendumuna etiraz aksiyalarını, eləcə də iyul ayında polislə etirazçılar arasında baş vermiş toqquşmaları işıqlandıran jurnalistlərə fiziki təzyiq hallarını da gözdən qaçırmayıb.

Hesabatda o da qeyd edilir ki, "fəallar öz məqsədlərinə çatmaq üçün vaxtaşırı sosial şəbəkələrdən yararlanırlar".

Sənədə əsasən, bütün dünyada internet azadlığı sahəsində liderlər Estoniya, İslandiya, Kanada, ABŞ və Almaniyadır. Qeyri-azad ölkələr sırasında Çin, Suriya, İran, Rusiya, BelarusQazaxıstanın adı çəkilir.

Milli.Az


Tags:  Ermənistanda internet azadlığı geriləyib Freedom House



RƏYLƏR


Top news