Azərbaycanda yük daşınması azalıb

Azərbaycanda yük daşınması azalıb
19:02 16 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 16 noyabr. REPORT.AZ/ Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 182,6 mln. ton yük və 1577,7 mln. sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8% azalıb, sərnişin daşınması isə 1,9% artıb.
Dövlət Statistika Komitəsindən "Report"a daxil olan xəbərə görə, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.
Yüklərin 63,6%-i avtomobil, 26,9%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.
Sərnişinlərin 88,5%-i avtomobil, 11,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1 302,9 mln. manatlıq xidmətlərin 72,6%-i əhali sektoruna aid olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 3,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-yuk-dasinmasi-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR